Əməkdar artist Yaqub Zurufçu vəfat edib

Əməkdar artist Yaqub Zurufçu vəfat edib

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş Əməkdar artist Yaqub Zurufçu vəfat edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

Məlumata əsasən, əməkdar artistin həyatını xilas etmək cəhdləri nəticə verməyib: “Yaqub Zurufçu bu gün təxminən saat 17 radələrində vəfat edib”.

Xatırladaq ki, Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. 1989-cu ildə ilk dəfə Azərbaycana gələn müğənni 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülüb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM