satellite   Azerspace-1: 11135 H 30000

Cəlil Məmmədquluzadənin ev muzeyində açıq dərs keçirilib - FOTOLAR

Cəlil Məmmədquluzadənin ev muzeyində açıq dərs keçirilib<font color=red> - FOTOLAR</font> Cəlil Məmmədquluzadənin ev muzeyində açıq dərs keçirilib<font color=red> - FOTOLAR</font> Cəlil Məmmədquluzadənin ev muzeyində açıq dərs keçirilib<font color=red> - FOTOLAR</font> Cəlil Məmmədquluzadənin ev muzeyində açıq dərs keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, görkəmli yazıçının Naxçıvan şəhərindəki ev muzeyində “Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadə realizmi” mövzusunda açıq dərs keçirilib. Açıq dərsdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası  üzrə  təhsil  alan tələbələr iştirak ediblər.

Dərsi muzeyin direktoru Aytən Ələkbərova keçib. Bildirilib ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir.

Muzeydə nümayiş etdirilən Cəlil Məmmədquluzadənin əsərləri, o cümlədən “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid nüsxələri, yazıçının və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, ədibin müasirlərinə aid əsərlər və digər qiymətli eksponatlar tələbələr tərəfindən maraqla izlənilib.

Xosrov İbrahimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM