“Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinin qalibi Ukrayna olub

“Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinin qalibi Ukrayna olub

İtaliyanın Turin şəhərində keçirilən 66-cı "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ümumilikdə 25 ölkənin vəsiqə qazandığı final mərhələsində 631 səslə Ukrayna (Kalush Orchestra - Stefania) bütün rəqiblərini qabaqlayaraq müsabiqənin qalibi olub.

459 səslə İspaniya ikinci, 438 səslə isə İsveç üçüncü olub.

Azərbaycan təmsilçisi Nadir Rüstəmli 106 səslə müsabiqədə 16-cı olub. Yunanıstan, Serbiya və İspaniya milli münsiflər heyəti Azərbaycana 12 səs verib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM