“Top Gun” filmi 25 gün ərzində 900 milyon dollar gəlir əldə edib

“Top Gun” filmi 25 gün ərzində 900 milyon dollar gəlir əldə edib

Otuz altı il sonra nümayiş olunan “Top Gun” filminin 2-ci seriyası qlobal kassada ilk 25 gündə dünya üzrə 900 milyon dollar gəlir əldə edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gəlirin 480 milyon dolları Şimali Amerika bazarından qazanılıb. Filmin dünya üzrə kassasının bir milyard dollara çatacağı gözlənilir.

Məlum olub ki, filmin tamaşaçılarının 16 faizi filmə ABŞ-da bir dəfədən çox, 4 faizi isə 3 və daha çox baxıb.

Hollivud ulduzu Tom Kruzun çəkildiyi film hazırda pandemiya dövründə qlobal kassada ən çox gəlir gətirən 3-cü filmdir. Siyahıda ikinci yerdə 950 milyon dollarla amerikalı rejissor Sam Raiminin çəkdiyi “Doktor Strange 2” filmi qərarlaşıb. "Top Gun" ekran əsərinin qısa müddətdə “Doktor Strange 2” filmini keçəcəyi təxmin edilir. Ekran əsərinin ilk sırada yer alan "Hörümçək adam 3"ün 1,9 milyard dollarlıq nəhəng gəlirini üstələməsi hələki mümkün görünmür.

Xəbər lenti
Çox oxunan xəbərlər