“Nuh diyarı – Naxçıvan” infotur iştirakçıları təəssüratlarını sosial şəbəkə hesablarında minlərlə izləyici ilə paylaşıblar - VİDEO

Azərbaycan, Türkiyə və İranın nüfuzlu turizm şirkətləri və media nümayəndələrinin iştirak etdiyi “Nuh diyarı – Naxçıvan” infoturu öz işini davam etdirir. Ötən gün Şahbuzun füsunkar gözəllikləri, “Əshabi-Kəhf” möcüzələri və Əlincəqala əzəməti ilə tanış olan tur iştirakçıları təəssüratlarını sosial şəbəkə hesablarında minlərlə izləyiciyə çatdırıblar.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Xəbər lenti
Çox oxunan xəbərlər