satellite   Azerspace-1: 11135 H 30000

Həmyerlimizin Şimali Kiprdə rəsm sərgisi keçirilib - FOTOLAR

Həmyerlimizin Şimali Kiprdə rəsm sərgisi keçirilib<font color=red> - FOTOLAR</font> Həmyerlimizin Şimali Kiprdə rəsm sərgisi keçirilib<font color=red> - FOTOLAR</font> Həmyerlimizin Şimali Kiprdə rəsm sərgisi keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, Şimali Kipr Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Heydər Əliyevin həyatından 100 an” adlı kitabın imza mərasimi və Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi rəngkarlıq ixtisası üzrə III kurs tələbəsi Aidə İbrahimovanın rəsm sərgisi keçirilib.

İlk öncə vətənin müdafiəsi üçün canlarından keçən şəhidlərin və hər iki ölkənin liderlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ölkələrin dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Şimali Kipr Türk Respublikası Prezidenti Ersin Tatar Şimali Kipr dövləti və Azərbaycan Respublikası arasındakı milli, mədəni və diplomatik əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. “İllərdir Can Azərbaycanın yanında olmağa çalışırıq. Qarabağ müharibəsində də Kipr türklərinin duaları azərbaycanlı qardaşlarımızın mübarizəsində idi” deyə vurğulayan Ersin Tatar “Bir millət üç dövlət” iradəsinin inkişafı üçün Ana vətən Türkiyə, Qardaş Azərbaycan və Şimali Kipr Türk Respublikasının əhəmiyyətli addımlar atacağını diqqətə çatdırıb.

Azərbaycan Kipr Dostluq Cəmiyyəti sədri Orxan Həsənoğlu Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin Azərbaycanla əlaqələrin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərin əhəmiyyətinə toxunaraq, qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi, xalqlar arasında bağlılığın inkişafı və genişləndirilməsi üçün bundan sonra da çalışacaqlarını bildirib.

Sonda sərgiyə baxış olub. Sərgidə rəssamın 30-a yaxın müxtəlif janrlarda əsəri sərgilənib. Qeyd edək ki, sərgi Dövlət mükafatçısı rəssamın ilk fərdi sərgisidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM