satellite   Azerspace-1: 11135 H 30000

Fidan Hacıyeva Naxçıvanda konsert verəcək

Fidan Hacıyeva  Naxçıvanda konsert verəcək

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 27-də, saat 19:00-da Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın Heydər Əliyev Sarayında solo konserti keçiriləcək. Konserti Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestri müşayiət edəcək.

Orkestrin dirijoru beynəlxalq müsabiqələr laureatı Orxan Həşimov və Prezident mükafatçısı Cahangir Qurbanov, konsertmeyster Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Əliyevadır.

Biletləri Heydər Əliyev Sarayının və Naxçıvan Dövlət Milli Dram Teatrının kassasından əldə edə bilərsiniz.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM