satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Dövlət Filarmoniyası Qars şəhərində konsert verib - FOTOLAR

Naxçıvan Dövlət Filarmoniyası Qars şəhərində konsert verib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Filarmoniyası Qars şəhərində konsert verib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Filarmoniyası Qars şəhərində konsert verib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Filarmoniyası Qars şəhərində konsert verib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Türkiyə Cümhuriyyətinin Qars şəhərində  Azərbaycan Respublikasının buradakı Baş Konsulluğunun təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Türkiyə Cümhuriyyətinin  yaradılmasının 100-cü ildönümü münasibətilə  konsert proqramı ilə çıxış edib. 

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin  “Koroğlu” operasından “Üvertüra” ilə başlayan konsertdə bir sıra bəstəkar və xalq mahnıları təqdim edilib. Prezident mükafatçısı Cahangir Qurbanovun dirijor olduğu musiqi şölənində Filarmoniyanın solisti Vəli Səfərovun ifasında “Kor ərəbin mahnısı” və “Çırpınırdın, Qara dəniz” əsərləri, Prezident mükafatçısı Nurlan Nuriyevin kamançada və Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadənin tarda solo ifaları, düetləri türkiyəli tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsert  “Sarı gəlin” xalq mahnısının ifası ilə sona çatıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM