satellite   Azerspace-1: 11135 H 30000

Beynəlxalq səyyahlar Cəbrayılda Xudafərin körpüsündə olublar

Beynəlxalq səyyahlar Cəbrayılda Xudafərin körpüsündə olublar

26 ölkədən olan beynəlxalq səyyahlar qrupunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri üçüncü gündür ki, davam edir.

Naxçıvan televiziyası xəbər verir ki, heyət Araz çayının şimal və cənub sahillərini birləşdirən Azərbaycanın qədim memarlıq abidəsi - Xudafərin körpüsü ilə tanış olmaq üçün Cəbrayıl şəhərinə gəliblər.

Qonaqlara körpünün tarixi və Böyük İpək Yolunun mühüm rolu barədə məlumat verilib.

Qeyd edək ki, məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun rəhbəri Harri Mitsidisin başçılıq etdiyi 50 nəfərlik qrupa ABŞ, Kanada, İsveçrə, Böyük Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdən olan səyyahlar daxildir.

Xatırladaq ki, noyabrın 4-də beynəlxalq nümayəndə heyətinin Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərinə doqquzuncu səfəri başlayıb.

Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə üçgünlük səfər çərçivəsində səyahətçilər işğal zamanı ermənilərin törətdikləri vandalizm aktları və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işləri ilə tanış olublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM