satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə və Azərbaycanın mədəniyyət nazirləri əməkdaşlıq müqaviləsi imzalayacaq

Türkiyə və Azərbaycanın mədəniyyət nazirləri əməkdaşlıq müqaviləsi imzalayacaq

Noyabrın 13-də Ankarada Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla Azərbaycanın mədəniyyət naziri Adil Kərimli arasında əməkdaşlığa dair müaqvilə imzalanacaq.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə Türkiyənin Mədəniyyət Nazirliyindən jurnalistlərə məlumat verilib.

Qeyd edək ki, Adil Kərimli Türkiyəyə səfəri çərçivəsində TÜRKSOY-un Ankaradakı Baş Qərargahında təşkil olunan “Şuşa rəssamları” sərgisində də iştirak edəcək.

Həmin gün “Şuşa-2023 - Türk Dünyası Mədəniyyət Paytaxtı” ili çərçivəsində Şuşa Mədəniyyət Günləri təşkil olunacaq. Eyni zamanda Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin binasında Azərbaycan sənətkarlarının iştirakı ilə konsert olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM