satellite   Azerspace-1: 11135 H 30000

AzTV gələn ildən milli animasiya filmlərinin istehsalına başlayacaq

AzTV gələn ildən milli animasiya filmlərinin istehsalına başlayacaq

AzTV növbəti ildən cizgi filmlər istehsal edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ankarada səfərdə olan “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Rövşən Məmmədovla Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) sədri Serkan Kayalar arasında görüşdə razılıq əldə olunub. Tərəflər iki qardaş ölkə arasında əməkdaşlığın televiziya sahəsində də inkişaf etdirilməsinin mühüm istiqamətlərini müzakirə ediblər.

Qeyd olunub ki, hazırda ən maraqlı və strateji sahələrdən biri milli dəyərləri, qədim türk tarixi və adət-ənənələrini özündə əks etdirən ortaq cizgi filmlərinin hazırlanmasıdır.

Odur ki, TİKA-nın dəstəyi ilə 2024-cü ildə AzTV-də animasiya mərkəzinin yaradılması və yerli mütəxəssislərin hazırlanması, Azərbaycan Televiziyasının əməkdaşlarının TRT-də təcrübə mübadiləsi keçməsi qərara alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM