Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib

Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında vəziyyət, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq vəziyyətin daha da sabitləşdirilməsinin müzakirəsi davam etdirilib.

Söhbət zamanı xüsusi olaraq sülhün, təhlükəsizliyin və regionun davamlı sosial-iqtisadi inkişafının təmin olunması, həmçinin nəqliyyat kommunikasiyalarının bərpası üzrə işin gedişi ətraflı şəkildə nəzərdən keçirilib. Bu baxımdan aprelin 7-də Moskvada Rusiya-Ermənistan yüksək səviyyəli görüşünün yekunları nəzərə alınıb. Müxtəlif formatlarda təmasların fəallaşdırılması qərara alınıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM