Anar Məhərrəmov Azərbaycanın İspaniyadakı səfiri vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM

Anar Məhərrəmov Azərbaycanın İspaniyadakı səfiri vəzifəsindən geri çağırılıb<font color='red'> - SƏRƏNCAM</font>

Prezident İlham Əliyev aprelin 19-da Anar Məhərrəmovun Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın".

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM