Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibi dəyişib

Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibi dəyişib

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə dəyişiklik edilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, komissiyanın tərkibinə “Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri də daxil edilib.

Xarici İşlər Nazirliyinə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə edilən dəyişiklik barədə Türkiyə Respublikası tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər