Prezident İlham Əliyev TDƏŞ ölkələri ilə iqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsinə dair sənədi təsdiqləyib - FƏRMAN

Prezident İlham Əliyev TDƏŞ ölkələri ilə iqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsinə dair sənədi təsdiqləyib<font color='red'> - FƏRMAN</font>

Prezident İlham Əliyev oktyabrın 19-da “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2021-ci il sentyabrın 10-da Bakı şəhərində imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinə bildiriş göndərsin".

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM