Sabitlik, güclü iqtisadiyyat və inkişaf - FOTOLAR

Sabitlik, güclü iqtisadiyyat və inkişaf<font color=red> - FOTOLAR</font> Sabitlik, güclü iqtisadiyyat və inkişaf<font color=red> - FOTOLAR</font> Sabitlik, güclü iqtisadiyyat və inkişaf<font color=red> - FOTOLAR</font> Sabitlik, güclü iqtisadiyyat və inkişaf<font color=red> - FOTOLAR</font> Sabitlik, güclü iqtisadiyyat və inkişaf<font color=red> - FOTOLAR</font>

Şərur rayonunun Çərçiboğan kəndində kompleks quruculuq işləri görülüb

Naxçıvan Muxtar Respublikasındakı sabitlik və tərəqqi ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının tərkib hissəsidir. Müstəqillik illərində əhalinin rahat yaşayışının təmin olunması və insan amilinə verilən dəyərin nəticəsidir ki, quruculuq işləri ilbəil genişlənir. Ulu öndərin siyasətinin uğurla davam etdirilməsi qədim diyarı inkişafının yeni mərhələsinə yüksəltmiş, həyata keçirilən quruculuq işləri bütün yaşayış məntəqələrini əhatə etmişdir. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi: “Naxçıvanlıların fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq prosesləri gedir”.

Şərur rayonunun Çərçiboğan kəndi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Kənddə geniş quruculuq işlər aparılıb, yol yenidən qurulub, ümumtəhsil və uşaq-musiqi məktəbləri üçün yeni binalar, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib.

        2022-ci ildə ilk məktəb binası Çərçiboğan

kəndində istifadəyə verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yanvarın 14-də Çərçiboğan kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 654 şagird yerlik məktəbdə 33 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 3 elektron lövhəli sinif, 2 şahmat sinfi, 2 kompüter otağı, psixoloq və müəllimlər otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, 3 qarderob və idman zalı yerləşir. Kitabxana fondunda 13 min 396 kitab vardır.

STEAM kabinəsi zəruri öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. Şagirdlər hazırladıqları “Xətt izləyən robot” və “Ağıllı parkinq” layihələrini təqdim ediblər.

Müəllim Fəridə Abbasova yaradılan şəraitə görə minnətdarlıq edib.       

Məktəbdə internetə çıxışı olan 51 kompüter və 5 elektron lövhə quraşdırılıb ki, bu da tədrisin təşkilində yeni texnologiyalardan səmərəli istifadəyə imkan verir. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Naxçıvan müstəqillik illərində” mövzusunda keçirilən interaktiv dərsi izləyib.

Təhsil ocağındakı müasir standartlara cavab verən zəngin təchizatlı kimya, biologiya və fizika laboratoriyaları şagirdlərə nəzəri biliklərini təcrübi əsaslarla öyrənmək və praktikada tətbiq etmək imkanı yaradır. Bu laboratoriyalar tədris prosesinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm rol oynayır.

Şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi üçün hərbi kabinədə lazımi şərait yaradılıb, kabinə əyani vəsaitlərlə təmin olunub. Hərbi kabinəyə baxış zamanı bildirilib ki, məktəbin məzunlarından 1-i Azərbaycan polis Akademiyasında, 1-i  Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti Akademiyasında, 1-i isə Heydər Əliyev adına Hərbi Liseyin II kursunda təhsilini davam etdirir.

Ali Məclisin Sədri hərbi peşənin əhəmiyyətini vurğulayıb, gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi diqqət yetirilməsi barədə tapşırıq verib.

İdman zalındakı müasir şərait və müxtəlif avadanlıqlar, həyətdə açıq idman qurğularının qoyulması bədən tərbiyəsi dərslərinin yüksək səviyyədə tədrisinə imkan verir. Məktəbdə Futbol, Voleybol və Tennis idman klubları yaradılıb. 

Şagirdlərin məntiqi düşünmə qabiliyyətinin formalaşmasında və təfəkkürünün inkişafında şahmat əvəzsiz vasitədir. Muxtar respublikada şahmatın tədrisi də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Məktəbdə şahmat sinfi yaradılıb və lazımi avadanlıqlarla təmin olunub.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, ötən il Şərur rayon Şəhriyar, Qarabürc, Babək rayon Araz, Göynük, Ordubad rayon 1 nömrəli, Nüsnüs, Əndəmic, Dırnıs və Vələver kənd tam orta məktəbləri istifadəyə verilib. Muxtar respublikanın təhsil müəssisələrində sürətli internetə çıxışı olan 5700-dən artıq kompüter və 650-dən çox elektron lövhə vardır. Təhsil işçilərinin maddi-rifah halının yaxşılaşdırılması da diqqətdə saxlanılır. Bu tədbirlərin davamı kimi 2022-ci ilin yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, dövlət peşə təhsili müəssisələrində idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb, həmçinin gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin hərbi rütbəyə görə aylıq vəzifə maaşlarına əlavələr edilib. Təhsilə göstərilən qayğının nəticəsidir ki, ötən il Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsə çevrilib, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib, nazirliyin tabeliyində Distant Təhsil Mərkəzi, həmçinin 53 təhsil müəssisəsində STEAM kabinəsi, təhsil müəssisələrində 202 idman klubu yaradılıb. Gənc müəllimlərin fəallığını, peşəkar və fərdi inkişaflarını artırmaq məqsədi ilə “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyi təsis edilib. Aparılan təhsil quruculuğu tədbirlərinin tərkib hissəsi kimi Çərçiboğan kənd tam orta məktəbində də müasir tədris şəraiti yaradılıb. Rəhman Məmmədov göstərilən hərtərəfli diqqət və qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq edib.

Məktəbin gənc müəllimi Aygül Kərimova minnətdarlıq edərək deyib: “Ali Məclis Sədrinin qayğısı ilə kəndimizdə geniş quruculuq işləri aparılıb. Quruculuq ünvanlarından biri də Çərçiboğan kənd tam orta məktəbidir. Məktəbimizdə müasir tədris şəraiti yaradılmışdır. Bu gün müasir tipli məktəb binasının istifadəyə verilməsi bütün müəllim, şagird və valideynlər üçün böyük hədiyyədir. Ümummilli lider Heydər Əliyev deyirdi ki “Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, universitet və məktəb binalarıdır, yollardır, körpülərdir, su hövzələri, su kəmərləridir”. Ali Məclis Sədrinin də əsəri böyük zəhmət hesabına qurub yaradılan müasir Naxçıvandır. Naxçıvanımız tarixin heç bir dövründə bugünkü qədər gözəl və abad olmayıb. Bu gün məktəblərimizdə ulu öndər Heydər Əliyev yoluna sadiq sağlam gənclik yetişir. Muxtar respublika gəncliyi yaradılan şəraitə görə dövlətimizə minnətdardır. Bizim də borcumuz yaradılanları qorumaq, onlardan səmərəli istifadə etməkdir”. Aygül Kərimova məktəbin pedaqoji kollektivi adından Ali Məclisin Sədrini doğum günü münasibətilə təbrik edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çərçiboğan kənd tam orta məktəbinin tədrisin müasir tələbləri səviyyəsində qurularaq istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir”, - fikrini xatırladaraq deyib: Azərbaycan 30 ildən artıqdır müstəqil ölkə kimi yaşayır. Müstəqilliyimizin qorunub yaşadılması üçün ölkəmizdə vətənpərvər və təhsilli gənclər yetişdirilməlidir. Bu iş isə məktəblərdə həyata keçirilir. İstifadəyə verilən Çərçiboğan kənd tam orta məktəbi müasir tədrisin tələbləri səviyyəsində qurulub.

Ali Məclisin Sədri deyib: Bu gün yetişən gənclik XXI əsrdə yaşayır. XXI əsr isə yeni texnologiyalar əsridir. Məktəbdə kompüter sinfi, STEAM otağı, laboratoriyalar, kitabxana və başqa müasir tədris avadanlıqları istifadəyə verilir ki, gənclərimiz özlərini XXI əsrin gəncləri kimi hazırlaya bilsinlər. Müəllimlərin vəzifəsi isə vətəninə, xalqına sadaqətli vətənpərvər gənclər yetişdirməkdən ibarətdir. Bütün bunlar həyata keçirildiyi zaman ölkəmizin müstəqilliyi də uzunömürlü olacaq, Azərbaycan inkişaf etmiş ölkələr sırasında öz yerini qoruyub saxlayacaq.

Ali Məclisin Sədri müdriklərin “Bir ölkənin gələcəyini bilmək istəyirsənsə, onun gəncliyinə nəzər sal”, fikrini diqqətə çatdıraraq deyib ki,  gənclərimizin hazırlanması üçün, ilk növbədə məktəb və müəllimlər üçün şərait yaradılmalıdır. Çərçiboğan kənd tam orta məktəbindəki şərait imkan verəcəkdir ki, qarşıda duran bu vəzifələr layiqincə yerinə yetirilsin,  təhsilli, vətənpərvər gənclər yetişdirilsin. Məktəbin nailiyyətləri onu deməyə əsas verir ki, məktəbdə yaxşı kollektiv formalaşıb. Məktəbin lazımi şəraiti olmadığı vaxtlarda kollektiv işinə məsuliyyətlə yanaşaraq nailiyyətlər qazanıb. Son 5 ildə məktəbin nailiyyətləri 50 faizdən yuxarıdır.

Ali Məclisin Sədri nailiyyətlərə görə kollektivə təşəkkür edib, tədrisdə uğurlar arzulayıb.

Binanın həyətində bufet və qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, yaşıllıqlar salınıb, stadion təmir edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM