satellite   Azerspace-1: 11135 H 30000

Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməli qoyulub - YENİLƏNİB - FOTOLAR

Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməli qoyulub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməli qoyulub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməli qoyulub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməli qoyulub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməlini qoyub.

Naxçıvan televiziyası xəbər verir ki, dövlətimizin başçısına kompleks barədə məlumat verildi.

Bildirilib ki, Zəngilan şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Şəhərdə daha əvvəl təməli qoyulan 110 mənzildən ibarət ilk yaşayış kompleksinin layihələri hazırdır və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq.

Məlumat verilib ki, “Böyük Qayıdış” proqramına uyğun olaraq, növbəti yaşayış məhəllələrinin salınması çərçivəsində 410 mənzildən ibarət yeni yaşayış komplekslərinin tikintisi nəzərdə tutulur. İkinci yaşayış kompleksi Qələbə və Memorial parkların yaxınlığında, şəhərin azsıxlıqlı zonasında yerləşməklə, əsasən “taunhaus” tipli evlərdən ibarət olacaq. Plana əsasən, burada 87 mənzil nəzərdə tutulur.

Prezident İlham Əliyev 2-ci yaşayış kompleksinin təməlini qoyub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM