satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyub - FOTOLAR

Prezident İlham Əliyev Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyub<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyub<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyub.

Naxçıvan televiziyası xəbər verir ki, dövlətimizin başçısına kompleks barədə məlumat verildi.

Bildirildi ki, üçüncü yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidə inşa olunacaq. Kompleksin inşası üçün 12 hektardan çox torpaq sahəsi ayrılıb. Burada tikiləcək 863 mənzildə 3022 nəfərin yaşaması nəzərdə tutulub. Mənzillərin 18-i birotaqlı, 276-sı ikiotaqlı, 370-i üçotaqlı, 199-u dördotaqlı olacaq.

Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək.

Kompleksdəki binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin olunacaq. İstilik və isti su təchizatı mərkəzləşdirilmiş qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq.

Dövlətimizin başçısı görüləcək işləri əks etdirən videoçarxa baxdı.

Sonra Prezident İlham Əliyev Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoydu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM