Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 200 milyonu ötüb

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 200 milyonu ötüb

Dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 200 milyon nəfəri ötüb.

NUHÇIXAN İnformasiya Agentliyi pandemiyanın online statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, bu gün səhər saatlarına olan məlumata əsasən, dünyada koronavirusa 200 milyon 304 mindən çox yoluxma halı qeydə alınıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 4 milyon 259 min 667 nəfərə, sağalanların sayı isə 180 milyon 563 min 692 nəfərə çatıb.

ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə birinci yerdə gedir. Burada yoluxma hallarının sayı 36 milyon 49 mini, infeksiya səbəbindən həyatını itirənlərin sayı 630,4 min nəfəri keçib, 29 milyon 756 mindən çox xəstə isə sağalıb.

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 31 milyon 769 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 425 min 789 nəfər vəfat edib, sağalanların sayı isə 30 milyon 933 min nəfərə çatıb.

Yoluxma göstəricisinə görə üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 19 milyon 986 min nəfər virusa yoluxub, onlardan 558 min 597-si vəfat edib, sağalanların sayı 18 milyon 746 min nəfərdir.

Xatırladaq ki, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM