Xroniki xəstəlikləri olan insanlarda COVID-19 ağır fəsadlara səbəb olur

Xroniki xəstəlikləri olan insanlarda COVID-19 ağır fəsadlara səbəb olur

Bu gün xroniki xəstəliklər dünyada əsas ölüm səbəbidir və bütün ölüm hallarının 70 faizini təşkil edir. Ağır xroniki qeyri-yoluxucu xəstəlikləri olan COVID-19 keçirmiş insanlarda "altı ay ərzində fəsadlar səbəbi ilə yüksək ölüm riski təhlükəsi qalmaqdadır".

NUHÇIXAN İnformasiya Agentliyi BMT Xəbərlər xidmətinə istinadla bildirir ki, bu mövzu BMT-nin Baş Assambleyası çərçivəsində keçirilmiş, qeyri-yoluxucu xəstəliklərlə mübarizəyə həsr olunmuş virtual tədbirin leytmotividir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus vurğulayıb ki, qeyri-yoluxucu xəstəliklərlə mübarizə və onların profilaktikası müasir səhiyyənin prioriteti olmalıdır.

"Biz bilirik ki, qeyri-yoluxucu xəstəlikləri və ruhi pozğunluqları olan insanlar COVID-19-a daha çox həssasdır və daha çox yoluxma riskinə məruz qalırlar", - deyə Tedros Qebreyesus bildirib.

Onun sözlərinə görə, pandemiya diaqnostika, müalicə, reabilitasiya və palliativ yardım xidmətlərinin göstərilməsi səylərini ciddi şəkildə pozub. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri qeyd edib ki, ölkələrin 75 faizindən çoxu pandemiya səbəbindən tibbi yardımın göstərilməsində fasilələrin olduğunu bildirir. Nəticədə milyonlarla insan zərər çəkir.

Bu gün qeyri-yoluxucu xəstəliklər hər il təxminən 41 milyon insanın ölümünə səbəb olur, pandemiya isə bu dəhşətli statistikanı daha da ağırlaşdırır. Görüş iştirakçıları xroniki xəstəliklərin artmasına səbəb olan risk amillərinin aradan qaldırılması yollarını müzakirə ediblər.

Xəbər lenti
Çox oxunan xəbərlər