satellite   Azerspace-1: 11135 H 30000

Dünyada koronavirus pandemiyasının episentri açıqlanıb

Dünyada koronavirus pandemiyasının episentri açıqlanıb

Avropa yenidən koronavirus pandemiyasının episentrinə çevrilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyadakı COVID-19-a yoluxmaların və ölüm hallarının yarısı bölgənin payına düşür. Bu, virusun İtaliyada ilkin pik həddinə çatdığı 2020-ci ilin aprelindən etibarən ən yüksək göstəricilərdir.

Bununla əlaqədar olaraq, bir sıra Avropa ölkələri Milad bayramı ərəfəsində COVID-19-un yayılmasının qarşısını almaq üçün məhdudiyyətlərin yenidən tətbiq edilməsi imkanını nəzərdən keçirir. Xüsusilə, Hollandiyanın Baş naziri Mark Rutte ölkədə üç həftəlik qismən qapanmaların tətbiq olunduğunu elan edib. Avstriyanın federal kansleri Aleksandr Şallenberq peyvənd olunmamış insanlar üçün ciddi təcrid barədə qərar veriləcəyini istisna etməyib. Dekabrın 1-dən İtaliya 40 yaşdan yuxarı insanlara peyvəndin üçüncü dozasını təklif edəcək.

Avropa İttifaqının məlumatına görə, Aİ ölkələri, həmçinin İslandiya, Norveç və Lixtenşteynin daxil olduğu Avropa İqtisadi Zonasında (AİB) əhalinin təxminən 65 %-i peyvəndin iki dozasını qəbul etsə də, son aylarda peyvəndləmə tempi azalıb. Qeyd olunur ki, Aİ ölkələrinin əksəriyyəti yaşlıları və immun sistemi zəif olan insanları əlavə (buster doza) vaksinasiyaya cəlb edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM