Naxçıvanda fəaliyyət göstərən səhiyyə müəssisələrinin tibb işçiləri COVİD-19 əleyhinə 3-cü doza vaksinə cəlb olunub - FOTOLAR

Naxçıvanda fəaliyyət göstərən səhiyyə müəssisələrinin tibb işçiləri  COVİD-19 əleyhinə  3-cü doza vaksinə cəlb olunub <font color=red> - FOTOLAR</font> Naxçıvanda fəaliyyət göstərən səhiyyə müəssisələrinin tibb işçiləri  COVİD-19 əleyhinə  3-cü doza vaksinə cəlb olunub <font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilkin mərhələdə risk qrupuna daxil olan səhiyyə işçilərinə “Pfizer” vaksini vurulub.

Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində xüsusi komissiya fəaliyyət göstərir. Komissiyanın təşkilatçılığı ilə  muxtar respublikada COVID-19 virus infeksiyasına  qarşı vaksinasiya davam etdirilir.  

Qeyd edək ki, bu gün Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanası və Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının tibb işçilərinə ümumilikdə 220 ədəd Almaniya istehsalı olan  3-cü doza “Pfizer” peyvəndi vurulub.

Vaksinasiya zamanı heç bir narahatlıq müşahidə olunmayıb.

Aparılan tibbi profilaktik tədbirlərin nəticəsində ölkəmizdə koronavirus infeksiyasına ən az yoluxma faktı Naxçıvanda müşahidə olunur. 

Xosrov İbrahimov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM