COVID-19: “Sinovac” peyvəndinin iki dozasından sonra vurulan üçüncü doza antikorların səviyyəsini artırır

COVID-19: “Sinovac” peyvəndinin iki dozasından sonra vurulan üçüncü doza antikorların səviyyəsini artırır

İki doza “Sinovac” peyvəndinin üzərinə vurulan “AstraZeneca”, “Pfizer/BioNTech” və ya “Johnson&Johnson” peyvəndinin üçüncü dozası bədəndəki antikorların səviyyəsini əhəmiyyətli dərəcədə artırır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Oksford Universitetinin braziliyalı tədqiqatçılarla birlikdə apardığı araşdırmaya görə “Sinovac” peyvəndinin iki dozasının üzərinə başqa bir peyvəndin üçüncü dozası vurulan zaman bədəndəki antikorların səviyyəsi artır, “delta” və “omicron” variantlarına qarşı müqavimət güclənir.

Araşdırma Pekin mərkəzli “Sinovac” əczaçılıq şirkəti tərəfindən təsirsiz virus üsulu ilə istehsal edilən “CoronaVac” peyvəndinin mRNA və ya viral vektor texnologiyası ilə istehsal edilən yeni peyvənd növləri ilə dəstəklənərək daha təsirli olduğunu ortaya qoyub.

Əlli ölkədə tətbiq edilən “Sinovac” peyvəndi yoluxma qabiliyyətini itirmiş ölü və ya hərəkətsiz virusu yeridərək orqanizmi xəstəliyə qarşı immunitetli etmək məqsədi daşıyır.

Digər tərəfdən, mütəxəssis həkimlər hazırda reanimasiya şöbələrində müalicə alan xəstələrin ya peyvənd olunmadığını, ya da “Sinovac” peyvəndinin ikiqat dozasının üstündən üçüncü peyvəndi qəbul etmədiklərini bildiriblər.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM