Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bir gündə 29 515 vaksin vurulub.

Belə ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 565, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 201, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 749 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 905 588, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 222 566, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 739 905, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 946 117 təşkil edir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM