satellite   Azerspace-1: 11135 H 30000

Bu gün Azərbaycanda COVID-19 əleyhinə 32 min 591 doza peyvənd vurulub

Bu gün Azərbaycanda COVID-19 əleyhinə 32 min 591 doza peyvənd vurulub

Fevralın 24-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 32 min 591 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 2209, ikinci doza üzrə 1509, üç və daha çox doza vaksinlərin sayı 27 min 210, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 1663-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 896 min 808, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 293 min 8, ikinci mərhələ üzrə 4 milyon 780 min 282, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 623 min 773, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 199 min 741-dir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM