Muxtar respublikanın tibb müəssisələrində qanvermə aksiyaları keçirilib - FOTOLAR

Muxtar respublikanın tibb müəssisələrində qanvermə aksiyaları keçirilib<font color=red> - FOTOLAR</font> Muxtar respublikanın tibb müəssisələrində qanvermə aksiyaları keçirilib<font color=red> - FOTOLAR</font>

Muxtar respublikanın şəhər və rayon tibb müəssisələrində 28 May - Müstəqillik Günü ilə əlaqədar qanvermə aksiyaları təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan Diaqnostika Müalicə Mərkəzi və Babək Rayon Mərkəzi Xəstəxanası tərəfindən rayon Mərkəzi Xəstəxanasında təşkil edilən aksiya çərçivəsində 60 nəfərdən 30 litr qan götürülüb. Bundan başqa, humanitar tibbi aksiya çərçivəsində 142 nəfər terapevtik müayinədən keçirilib, 30 uşaqda və 1 nəfərdə kiçik cərrahi əməliyyatı aparılıb.

Şahbuz Rayon Mərkəzi Xəstəxanasında da qanvermə aksiyası təşkil olunub. Naxçıvan Muxtar Respublika Xəstəxanasının və Şahbuz Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri tərəfindən terapevt, hemotoloq və laborator müayinələr aparılıb, 50 nəfərdən 25 litr qan götürülüb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM