Mehriban Əliyeva Avropa və Dünya çempionatlarının mükafatçılarını təbrik edib

Mehriban Əliyeva Avropa və Dünya çempionatlarının mükafatçılarını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Avropa və Dünya çempionatlarının mükafatçılarını təbrik edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təbrikdə deyilir:

"Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin Dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm! Sizin qələbəniz mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur! Hamınıza möhkəm cansağlığı, sevinc və yeni nailiyyətlər arzulayıram!"

Xəbər lenti
Çox oxunan xəbərlər