satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda "Kardiologiya və Kardiovaskulyar cərrahiyyədə yeniliklər" adlı beynəlxalq konfrans keçirilir - FOTOLAR

Naxçıvanda "Kardiologiya və Kardiovaskulyar cərrahiyyədə yeniliklər" adlı beynəlxalq konfrans keçirilir<font color=red> - FOTOLAR</font> Naxçıvanda "Kardiologiya və Kardiovaskulyar cərrahiyyədə yeniliklər" adlı beynəlxalq konfrans keçirilir<font color=red> - FOTOLAR</font> Naxçıvanda "Kardiologiya və Kardiovaskulyar cərrahiyyədə yeniliklər" adlı beynəlxalq konfrans keçirilir<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvanda ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Kardiologiya və Kardiovaskulyar cərrahiyyədə yeniliklər" adlı beynəlxalq konfrans keçirilir. 

Konfrans iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Heydər Əliyev Muzeyinə gələn qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında xarici qonaqlara ətraflı məlumat verilib.

Konfransda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin sədri Hicran Hüseynova və digər rəsmi şəxslər iştirak edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM