satellite   Azerspace-1: 11135 H 30000

Səhiyyə Nazirliyi valideynlərə çağırış edib

Səhiyyə Nazirliyi valideynlərə çağırış edib

"Bağçayaşlı uşaqlar virusa yoluxduqdan sonra onların məktəbəqədər təhsil müəssisəsinə göndərilməsi tövsiyə olunmur".

Naxçıvan televiziyası xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov deyib.

O bildirib ki, sentyabr aylarında bağça və məktəblər fəaliyyətə başladığı üçün həmin vaxt uşaqlar arasında virusa yoluxma halları artır.

Tərlan Əyyubovun sözlərinə görə, 4 yaşına qədər olan uşaqlarda immun sistemi daha güclüdür: "Bu yaşdan yuxarı olan uşaqlarda isə əksinə, virusa qarşı mübarizə zəifləyir: “Virusa yoluxan uşaqların məktəbə, bağçaya getməsi tövsiyə olunmur. Çünki uşaq virusa yoluxubsa, bunun inkubasiya dövrü var. Ona görə də tam sağalandan sonra uşaq məktəbə və ya bağçaya gedə bilər".

Mütəxəssis eyni zamanda valideynləri uşaqlara gigiyena qaydalarını aşılamağa çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM