satellite   Azerspace-1: 11135 H 30000

Alimlər antibiotiklərin əksəriyyətinin uşaq xəstəliklərinə qarşı təsirsiz olduğunu müəyyən edib

Alimlər antibiotiklərin əksəriyyətinin uşaq xəstəliklərinə qarşı təsirsiz olduğunu müəyyən edib

Avstraliyanın Sidney Universitetinin alimləri müəyyən ediblər ki, uşaqlıqda ümumi infeksiyaların müalicəsində uzun müddət istifadə edilən bir çox antibiotiklər davamlı bakteriyaların yayılması səbəbindən artıq təsirsizdir.

Naxçıvan televiziyası xəbər verir ki, araşdırmanın nəticələri “The Lancet Regional Health – Southeast Asia” jurnalında dərc olunub.

Mütəxəssislər 11 ölkədən 6,6 mindən çox bakteriya növünün antibiotiklərə həssaslığına dair məlumatların əks olunduğu 86 tədqiqatın nəticələrini təhlil ediblər.

Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi bir çox antibiotiklər uşaqlıq infeksiyalarının: sətəlcəm, sepsis (qan infeksiyası) və meningit (beynin selikli qişasının iltihabı) müalicəsində 50 %-dən az effektivdir.

Araşdırma müəllifləri deyir ki, yeni antibiotiklərin yaradılması üçün daha çox səy göstərilməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM