Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında Zəfər Günü münasibətilə şəhid ailələri və qazilər üçün tibbi aksiya təşkil edilib.
Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov qarşıdan gələn Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib. Zəfərimizi şərəfli qanları ilə yazan şəhidlərimizə Allahdan rəhmət diləyib.
Naxçıvan televiziyası Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:
