satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN: Qərb qüvvələri Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır

Rusiya XİN: Qərb qüvvələri Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır

Cənubi Qafqazda vəziyyəti Qərb qüvvələri pozur və rəsmi Bakı da bunu bəyan edib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, Qərb dövlətlərinə Cənubi Qafqaz ölkələri ilə münasibətlər qurmaq deyil, düşmənçilik etmək lazımdır:

“Onların nöqteyi-nəzərindən region ölkələri bir-biri ilə əlaqə yaratmamalı, düşmənçilik etməlidir. İqtisadiyyat, ticarət, infrastrukturla deyil, münasibətlərin sonsuz aydınlaşdırılması ilə məşğul olmalıdırlar. Onların hədəfi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır. Düşünürəm ki, bu tendensiyaları Bakıda və digər paytaxtlarda hər kəs müşahidə edir. Bir çox cəhətdən də biz onlarla razıyıq”.

M.Zaxarova qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM