satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan XİN: Makron yanlış informasiya yayır

Gürcüstan XİN: Makron yanlış informasiya yayır

Yanlış məlumat səhv təsəvvür yaradır və Fransa Prezidenti Emmanuel Makron bilməli idi ki, Gürcüstanda parlament seçkiləri elektron qaydada keçirilib və onların nəticələrinə heç nə təsir edə bilməzdi.

Naxçıvan televiziyası Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili bildirib.

"Gürcüstanda elektron seçkilər keçirilib və heç kim seçkilərin nəticələrinə təsir etmək üçün seçki qutusuna bu qədər bülleten ata bilməzdi. Makronun bunu bilməsi lazımdır", - o qeyd edib.

Nazirin sözlərinə görə, əgər Makron bunu bilmirsə, onda Fransanın Gürcüstandakı səfiri Şeraz Qasridən onun öz hökumətini Gürcüstanda baş verən proseslər barədə nə dərəcədə düzgün məlumatlandırdığını soruşmaq lazımdır.

"Ümumiyyətlə, yanlış məlumat əsasında yanlış təsəvvürün yaranması çox pisdir", - Boçorişvili vurğulayıb.

Makron Fransa səfirlərinin illik görüşündə Gürcüstanı nümunə gətirərək Rusiyanın seçki prosesinə təsir göstərdiyi qənaətində olduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

09:48 09.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM