satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan "NATO-Gürcüstan - 2025" hərbi təlimində iştirak edəcək

Azərbaycan "NATO-Gürcüstan - 2025" hərbi təlimində iştirak edəcək

Azərbaycan "NATO-Gürcüstan - 2025" hərbi təlimində iştirak edəcək.

Naxçıvan televiziyası-ın məlumatına görə, aprelin 28-də başlayacaq manevr Krxanisi bazasında, NATO-Gürcüstan Təlimləri və Qiymətləndirmə Birgə Mərkəzində keçiriləcək.

Məqsədi NATO-Gürcüstan Təlimləri və Qiymətləndirmə Birgə Mərkəzinin imkanlarını nümayiş etdirmək və əsasən Gürcüstan və qismən beynəlxalq hərbi personaldan ibarət briqadaları sınaqdan keçirməkdir.

Təlimdə iştirakını təsdiq etmiş ölkələr arasında Azərbaycan, Albaniya, Bolqarıstan, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Polşa, Slovakiya, Türkiyə və ABŞ yer alır. Ermənistan müşahidəçi statusunda olacaq.

Manevrə İtaliya Silahlı Qüvvələrinin “Vitorio Veneto” Diviziyasının Florensiya Komandanlığı rəhbərlik edəcək. O, bu yaxınlarda NATO-nun Cənubi Çoxmillətli Diviziyasının rəhbəri təyin olunub.

Təlim mayın 8-də başa çatacaq.

Qeyd edək ki, bu manevr ilk dəfə 2016-cı ildə keçirilib və bu il artıq dördüncüsü baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM