satellite   Azerspace-1: 11135 H 30000

Nepal Prezidenti Azərbaycan XİN rəhbərinin müavinini qəbul edib

Nepal Prezidenti Azərbaycan XİN rəhbərinin müavinini qəbul edib

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bu gün Nepal Prezidenti Ramçandra Paudel tərəfindən qəbul edilib.


NTV xəbər verir ki, bu barədə Nepal mənbələri məlumat yayıb.

Bu gün Katmanduda Prezident sarayında keçirilən görüşdə Prezident Paudel iki ölkə münasibətləri arasında yeni inkişaf tempindən məmnunluğunu ifadə edib. Qeyd edək ki, Nepal və Azərbaycan arasında ilk siyasi məsləhətləşmə ötən çərşənbə günü Azərbaycanın xarici işlər nazirinin müavini Məmmədovun gəlişindən sonra keçirilib.

2024-cü ilin noyabrında Azərbaycanda keçirilən Qlobal İqlim Konfransı COP-29-da Nepalı təmsil etdiyini xatırladan dövlət başçısı Nepal ilə Azərbaycan arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əmin olduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM