satellite   Azerspace-1: 11135 H 30000

Yalçın Rəfiyev: Bərpa prosesi ilə bağlı Azərbaycan nümunəsi oxşar problemdən əziyyət çəkən ölkələr üçün gözəl örnəkdir

Yalçın Rəfiyev: Bərpa prosesi ilə bağlı Azərbaycan nümunəsi oxşar problemdən əziyyət çəkən ölkələr üçün gözəl örnəkdir

Yenidənqurmaya, bərpa prosesinə başlamaq üçün əlverişli mühitə malik olmalısınız. Bizim qarşılaşdığımız çətinlik həm də bərpa və yenidənqurmaya başlamazdan əvvəl təmizlənməsi lazım olan minalar idi.

NTV xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbirdə deyib.

O bildirib ki, siyasi şərait yaradılmış ola bilər, məsələn, sülh sazişi və ya atəşkəs mövcuddur. Amma ərazidə minalar olduğu üçün bərpa işlərinə başlaya və ora daxil ola bilməzsiniz. Münaqişənin sonundan bəri hər il dövlət büdcəsinin təxminən 25 faizini ayıraraq biz bir nümunə yaratmışıq. Bu, oxşar problemdən əziyyət çəkən bütün ölkələr üçün gözəl bir örnəkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM