satellite   Azerspace-1: 11135 H 30000

Qarabağ və Şərqi Zəngəzurda bütün infrastruktur "Yaşıl Enerji Zonası" konsepsiyası nəzərə alınaraq hazırlanır

Qarabağ və Şərqi Zəngəzurda bütün infrastruktur "Yaşıl Enerji Zonası" konsepsiyası nəzərə alınaraq hazırlanır

Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsi Azərbaycan Prezidenti tərəfindən "Yaşıl Enerji Zonası" elan edilib. Biz də bu göstərişə əməl edirik. Buna görə də bütün binalar, bütün infrastruktur "Yaşıl Enerji Zonası" konsepsiyası nəzərə alınaraq hazırlanır. Məsələn, Zəngilanda, Ağalı kəndində elektrik enerjisi istehsalı üçün Arximed turbinindən, günəş panellərindən, istilik nasoslarından istifadə etmişik ki, bunlar da yaşıl enerjidən istifadənin çox gözəl nümunələridir.

NUHÇIXAN xəbər verir ki, bu sözləri İsveçrənin beynəlxalq şəhərsalma və ərazi planlaşdırılması agentliyi olan "sa_partners" şirkətinin təsisçi tərəfdaşı Dunja Kovari-Binggeli BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Şəhərsalmanın yenidən qurulması - Azərbaycan şəhər transformasiyası üçün İnnovasiya Laboratoriyasını necə yaratdı?” mövzulu tədbirdə deyib.

O, Şuşada binaların damında çoxlu sayda Günəş panellərindən istifadə etdiklərini diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM