Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Akademiya və tədqiqat“ üzrə dəyirmi masa təşkil olunub.
NTV xəbər verir ki, tədbirdə akademiya və tədqiqat institutlarının qlobal mənzil probleminin həllində rolu müzakirəyə çıxarılıb.
Bu dəyirmi masa Dayanıqlı İnkişaf Məqsədləri (SDG 11) və Yeni Şəhər Gündəliyi çərçivəsində qlobal mənzil böhranının həlli üçün elmi bilik və innovasiyaların səfərbər olunması baxımından mühüm platforma rolunu oynayır.
