satellite   Azerspace-1: 11135 H 30000

Anaklaudia Rossbax: 2026-2029-cu illər üzrə strateji plan haqqında düşünürük

Anaklaudia Rossbax: 2026-2029-cu illər üzrə strateji plan haqqında düşünürük

Qlobal məskunlaşma böhranının fəsadları ölkələr arasında fərqlidir. Bəzi coğrafiyalar, bəzi icmalar daha ciddi problemlə üzləşirlər. Müəyyən regionlar və icmalar daha kəskin problemlərlə üzləşdiyi halda, onların mövcud potensialları da kəskin fərqlənir. Bu baxımdan, WUF13-ün imkanlarından, xüsusilə WUF Akademiyasından səmərəli istifadə edərək, vahid bir platforma yaratmalıyıq. Bu birlik müştərək tədqiqat gündəliyi ətrafında formalaşmalı və ümumi potensialın artırılmasına xidmət etməlidir.

NTV xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Akademiya və tədqiqat“ üzrə dəyirmi masada çıxışı zamanı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.

"Biz, eyni zamanda 2026-2029-cu illər üzrə strateji plan haqqında düşünürük. Burada torpaq, qeyri-formal məskunlaşma məsələləri, resursların paylaşılması, urban planlaşdırma, çoxtərəfli əməkdaşlıq, məlumatlara çıxış əks olunacaq. Bunlar hamısı çox vacib məsələdir. Ümidvaram ki, bu dəyirmi masa müxtəlif məsələlərə dair ortaq məxrəcə gəlməyə kömək edəcək", - deyə o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM