satellite   Azerspace-1: 11135 H 30000

Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim edib - FOTOLAR

Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim edib<font color=red> - FOTOLAR</font> Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim edib<font color=red> - FOTOLAR</font>

Azərbaycanın Özbəkistandakı yeni səfiri Rəşad Məmmədov etimadnaməsini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim edib.

NTV xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Mirziyoyev vurğulayıb ki, Azərbaycan və Özbəkistan liderlərinin qəti siyasi iradəsi sayəsində iki ölkənin münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib.

"Qarşılıqlı ticarətin həcmi 40 % artıb, birgə müəssisələrin sayı demək olar ki, 450-yə çatıb, yükdaşımaların həcmi isə iki dəfə artıb. Yaxın gələcəkdə Özbəkistan və Azərbaycan arasında birgə investisiya portfelinin həcminin 10 milyard dollara çatdırılması ilə bağlı qarşıya iddialı məqsəd qoyulub", - Prezident qeyd edib.

Həmçinin qarşıdan gələn yüksək səviyyəli görüşlərin ikitərəfli əməkdaşlığa yeni təkan verəcəyi qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Zelenski ABŞ-a səfər edib

11:40 28.07.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM