satellite   Azerspace-1: 11135 H 30000

"ONESXM" təşkilatı Fransanın müstəmləkəçilik siyasətini pisləyərək Bakı Təşəbbüs Qrupuna dəstəyini ifadə edib

"ONESXM" təşkilatı Fransanın müstəmləkəçilik siyasətini pisləyərək Bakı Təşəbbüs Qrupuna dəstəyini ifadə edib

Fransa və Niderland tərəfindən 2 hissəyə bölünərək faktiki işğal altında saxlanılan Saint Martin adasının azadlığı uğrunda barışmaz mübarizə aparan nüfuzlu "ONESXM" təşkilatı Azərbaycana dəstək ifadə edən bəyanat yayıb.

Təşkilat Fransa Milli Assambleyasının 3 deputatının Azərbaycanın və Bakı Təşəbbüs Qrupunun dekolonizasiya prosesinə dəstəyini hədəf alan ittihamlarını qətiyyətlə rədd edib. Müstəqillik hərəkatı tərəfdarları fransız parlamentarilərin Azərbaycan Prezidentinin fikirlərini “Fransanın daxili işlərinə qarışmaq" kimi qələmə verməsinə sərt reaksiya göstəriblər.

NTV xəbər verir ki, bu barədə “ONESXM” Assosiasiyasının Fransanın müstəmləkəçilik siyasətinə qarşı mövqeyini və Bakı Təşəbbüs Qrupuna dəstəyini əks etdirən bəyanatında bildirilib.

Bəyanatda vurğulanıb ki, müstəmləkəçilik və xalqların öz müqəddəratını təyin etməsi Fransanın daxili işi sayıla bilməz. Bu məsələlər beynəlxalq hüquq normaları, BMT Nizamnaməsinin 1-ci maddəsi (xalqların bərabər hüquqluluğu və öz müqəddəratını təyin etməsi prinsipi) və BMT Baş Assambleyasının 1960-cı ildə qəbul etdiyi müstəmləkə idarəçiliyinə son qoyulmasını tələb edən 1514 saylı qətnaməsi ("Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında Bəyannamə") ilə tənzimlənir. Bu baxımdan, assosiasiya müstəmləkə idarəçiliyindən əziyyət çəkən xalqların səsini dünyaya çatdıran Bakı Təşəbbüs Qrupunun missiyasını tamamilə legitim, qanuni və təqdirəlayiq hesab edir.

Yeni Kaledoniya və Fransız Polineziyası kimi bölgələrin hələ də BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısında qaldığını xatırladan “ONESXM" təşkilatı rəsmi Parisin "fransız təbəəliyi" adı altında apardığı siyasətin real bərabərsizliyi və yerli xalqların fundamental hüquqlardan məhrum edilməsini gizlədə bilmədiyini vurğulayaraq, Saint Martində xalqa tam müstəqillik üçün "bəli" yaxud "xeyr" seçimi veriləcək rəsmi referendumun dərhal təşkil olunmasını tələb edir.

“ONESXM” Assosiasiyasının bəyanatı bir daha göstərir ki, Parisin təhdid, təzyiq və “daxili işlərə qarışma” bəhanəsi dekolonizasiya tələblərini susdurmağa qadir deyil. Karib hövzəsindən Sakit okeanadək Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparan xalqlar öz səslərini məhz Bakı Təşəbbüs Qrupunun yaratdığı beynəlxalq platforma vasitəsilə daha geniş auditoriyaya çatdırır, mövqelərini uzlaşdırır və qlobal həmrəylik nümayiş etdirirlər. Bakı Təşəbbüs Qrupu bu mübarizəni ayrı-ayrı ərazilərin lokal etirazı çərçivəsindən çıxararaq beynəlxalq dekolonizasiya gündəliyinin mühüm istiqamətlərindən birinə çevirir. “ONESXM”in mövqeyi Parisə ünvanlanan aydın mesajdır: Müstəmləkəçilik dövrü başa çatmalı, xalqların azad seçim və öz müqəddəratını təyinetmə hüququ isə heç bir siyasi təzyiq, təhdid və manipulyasiya ilə əngəllənməməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM