"Azərbaycan Ordusunun modernizasiyası üçün “Yol xəritəsi” hazırlanıb" - Hulusi Akar

 "Azərbaycan Ordusunun modernizasiyası üçün “Yol xəritəsi” hazırlanıb" - Hulusi Akar

Azərbaycan və Türkiyənin müdafiə nazirləri - Zakir Həsənov və Hulusi Akar videoformatda görüş keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, türkiyəli nazir iki ölkənin tarixi və mədəni baxımından bir-birinə bağlı olduğunu, keçmişdə olduğu kimi bu gün də bir-birinin yanında olduğunu bildirib.

Azərbaycan Ordusunun 44 günlük Qarabağ zəfərinə toxunan H.Akar “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, Qarabağın azad olunmasında da sadiq qalındığını, bunu bütün dünyanın gördüyünü bildirib: “Türkün yumruğu erməninin başına endirildi. 30 ildən bəri davam edən haqsızlıq, oradakı qardaşlarımızın sıxıntıları, çox şükür ki, sona çatdı. Buradakı qalibiyyət tarixə qızıl hərflərlə yazılacaq”.

O, qazanılmış qələbə münasibətilə Azərbaycanı bir daha təbrik edərək deyib ki, Azərbaycan Ordusunun dövrün tələblərinə uyğun yenidən qurulması, modernizasiya edilməsi və iki qardaş ölkənin silahlı qüvvələrinin gələcəkdə də birlikdə fəaliyyət göstərməsi üçün “Yol xəritəsi” hazırlanıb və reallaşdırılmasına başlanılıb.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

21:18 18.04.2021

Kəngərli kətəsi

19:00 18.04.2021

Çox oxunan xəbərlər