Türkiyənin İƏT-dəki nümayəndəsi: "Qarabağda işğala son qoyulması İslam torpağının azad olunması deməkdir"

Türkiyənin İƏT-dəki nümayəndəsi: "Qarabağda işğala son qoyulması İslam torpağının azad olunması deməkdir"

“Qarabağın işğaldan azad olunması İslam torpağının azad olunması deməkdir. İslam dünyası bundan sonra da Azərbaycanın yanında olacaq”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyətinin keçirdiyi mətbuat konfransında Türkiyənin təşkilatdakı təmsilçisi Mehmet Metin Eker deyib.

“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi böyük zəfərdir. Bundan sonra bu torpaqlarda təhlükəsizliyin təmin edilməsi və insanların torpaqlarına qayıtması Azərbaycanın qarşısında duran mühüm vəzifədir. İƏT bu istiqamətdə Azərbaycanın yanındadır”, - o bildirib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM