Türkiyənin yeni səfiri Azərbaycana gəlir

Türkiyənin yeni səfiri Azərbaycana gəlir

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağcı Bakıya gəlir.

NUHÇIXAN İnformasiya Agentliyinin  məlumatına görə, bu barədə səfir öz "Twitter" səhifəsində yazıb.

O bildirib: "Yeni vəzifə üçün səfərdəyik. Allah görəcəyimiz bütün işləri düzgünlüklə görməyi nəsib etsin, gücümüzü artırsın və köməyimiz olsun".

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın ölkəmizdəki diplomatik fəaliyyəti başa çatıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM