Piter Teys: "Ermənistandan radioaktiv maddələrin qanunsuz dövriyyəsini dayandırmaq lazımdır"

Piter Teys: "Ermənistandan radioaktiv maddələrin qanunsuz dövriyyəsini dayandırmaq lazımdır"

"Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Ermənistandan radioaktiv maddələrin qaçaqmalçılığına və qanunsuz fəaliyyətlərə qarşı daha yaxşı mübarizə aparmaq üçün “Europol” və “Interpol” ilə daha sıx əməkdaşlıq etməlidir".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri jurnalistlərə amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssis Piter Teys bildirib.

Aprelin 16-da Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Kutaisi şəhərində amerisium-241 radioaktiv maddəsini qanunsuz satmağa cəhd göstərmiş iki nəfəri saxlayıblar. Bu, son bir neçə ildə ilk belə hadisə deyil.

Bir qədər öncə, Ermənistan vətəndaşı Militos M. torium radioaktiv maddəsini Gürcüstan ərazisindən Rusiyaya keçirmək istəyərkən Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tutulub. 2016-cı ilin aprelində 6 nəfər Tbilisidə uran-238 radioaktiv maddəsini satmağa çalışarkən tutulub. Həmin ay Gürcüstan dövlət təhlükəsizlik əməkdaşları radioaktiv uranı satmağa çalışarkən daha 5 cinayətkarı saxlayıblar.

Piter Teysin fikrincə, Ermənistan rəhbərliyi Cənubi Qafqaz bölgəsi və Avropa üçün böyük təhlükə yaradan nüvə materiallarının və radioaktiv maddələrin qoruması məsələsində zəifliyini və liderliyinin qətiyyən olmadığını sübut edib.

“Ermənistanın daxili təhlükəsizlik qüvvələri ölkədə radioaktiv maddələrin qaçaqmalçılığı ilə getdikcə daha da fəal məşğul olan mütəşəkkil cinayətkar qrupların üzvlərinin qarşısını almaqda və onlara qarşı durmaqda dəfələrlə uğursuzluğa uğrayıblar. Bu isə regional təhlükəsizlik kontekstində ciddi narahatlıqlara səbəb olur və Cənubi Qafqaz sakinləri üçün real təhlükə yaradır”, – P.Teys deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı, Avropa Atom Enerjisi Birliyi və AEBA "Metsamor" Atom Elektrik Stansiyasında istifadə olunan radioaktiv maddələrlə düzgün işə gəldikdə Ermənistan hökumətinin nə qədər məsuliyyətsiz olduğunu nəzərə alaraq Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi, Azərbaycan hökuməti və digər regional qurumlarla sıx əməkdaşlıq etməlidir.

O bildirib ki, AEBA Ermənistandakı əməliyyat siyasətini yenidən nəzərdən keçirməli və Metsamor AES-in Avropa, Cənubi Qafqaz və Asiya üçün artan təhlükəsini təcili olaraq aradan qaldırmalıdır: “Erməni faşist rəhbərliyinin Ermənistan-Gürcüstan beynəlxalq sərhədində radioaktiv maddələrin qanunsuz dövriyyəsində iştirak etdiyi bir vaxtda AEBA rəhbərliyinin hələ də kənarda qalmasına heç bir bəhanə haqq gətirmir”.

Ekspert vurğulayıb ki, müvafiq beynəlxalq qurumlar "Metsamor" AES-in bağlanması üçün Ermənistana təzyiq göstərməlidirlər: “Nüvə qaçaqmalçılığını və təhlükəli radioaktiv maddələrin qanunsuz dövriyyəsini dayandırmaq lazımdır ki, nüvə reaktorları Cənubi Qafqazda və Avropada şəhər əhalisi və mülki şəxslər üçün təhlükə yaratmasın”.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM