Hulusi Akar: Qarabağda sülh və əmin-amanlıq təmin edilib

Hulusi Akar: Qarabağda sülh və əmin-amanlıq təmin edilib

Azərbaycan Qarabağ bölgəsini uzun sürən işğaldan sonra azad edib. Orada sülh və əmin-amanlıq təmin edilib. Biz də bu haqlı mübarizəsində onların yanlarında olduq, bundan sonra da sonadək yanlarında olacağıq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Liviyada türk hərbiçilərlə görüşü zamanı bildirib.

1915-ci il hadisələrinə toxunan nazir deyib: “1915-ci ildə baş verən bəzi hadisələri əsrlər boyu birlikdə yaşayan türk və erməni cəmiyyətləri arasında “soyqırımı” kimi qələmə vermək qəflət, cahillik və səhvdir. Bu, sülh, əmin-amanlıq və mehriban qonşuluq münasibətlərinə aparan yolun məhv edilməsidir. Bu, tarixçilərin işidir. Hər kəs arxivlərini açmalıdır. Həqiqətin təhrif edilməsi əsla doğru deyil və qəbuledilməzdir. ABŞ əvvəlcə milli arxivlərindəki (NARA) məlumatları və sənədləri araşdırmalıdır”.

Nazir Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin öz haqqını və mənafelərini müdafiə etməklə yanaşı, dost və qardaş ölkələrin haqlı mübarizələrində də onları dəstəkləməyə davam etdiyini vurğulayıb. O deyib: “Türkiyənin heç kimin torpağında, hüquqlarında və qanunlarında gözü yoxdur. Beynəlxalq hüququn normaları çərçivəsində bütün qonşularımızın suverenliyinə və ərazi bütövlüyünə hörmət edirik”.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM