“A Haber” telekanalı: erməni quldurları Qarsda 360 türkü diri-diri yandırıblar

“A Haber” telekanalı: erməni quldurları Qarsda 360 türkü diri-diri yandırıblar

Erməni silahlı birləşmələrinin XX əsrin əvvəllərində Anadolunun şərqində müsəlman-türk əhaliyə qarşı törətdikləri bəşəri cinayətlər tükürpərdicidir. Bu cinayətlərin ən bariz nümunəsi bir-birinin ardınca aşkar edilən kütləvi məzarlıqlardır. Əksəriyyəti təsadüf nəticəsində üzə çıxan bu məzarlıqlardakı cəsədlərin türklərə məxsus olması testlərlə təsdiqlənib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin “A Haber” telekanalı erməni cinayətləri ilə bağlı daha bir reportaj yayımlayıb. Kütləvi məzarlıqlar, yerli əhalinin ifadələri və arxiv materialları əsasında hazırlanmış reportajda Qarsdakı “Ulu” məscidində törədilən bəşəri cinayətdən bəhs edilir. Əsl soyqırımı olan bu cinayətin təfərrüatı belədir: “1920-ci ildə bölgədə ağır cinayətlər törədən erməni silahlı birləşmələri aralarında qadın, qoca və uşaqların da olduğu 360 yerli türkü məscidə dolduraraq diri-diri yandırıblar”.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM