Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfər edəcək

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfər edəcək

Gürcüstanının Baş naziri İrakli Qaribaşvili mayın 5-də Azərbaycana rəsmi səfər edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstan hökumət başçısının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində İ.Qaribaşvili Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.

Gürcüstan hökumət başçısının Azərbaycan Prezidenti ilə də görüşü nəzərdə tutulub.

Baş nazir İrakli Qaribaşvilini bu səfərdə onun müavini, xarici işlər naziri David Zalkaliani və digər rəsmi şəxslər müşayiət edəcəklər.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM