Rusiya XİN rəhbəri bu gün Ermənistana gedəcək

Rusiya XİN rəhbəri bu gün Ermənistana gedəcək

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edəcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Rusiya XİN rəhbəri 5 mayda Yerevana səfər etsə də, rəsmi görüşləri bir gün sonra, 6 mayda baş tutacaq.

Daha sonra Sergey Lavrov mayın 10-11-də Azərbaycanda işgüzar səfərdə olacaq.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Lavrov Ermənistan və Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq:

“İkitərəfli və regional əməkdaşlıq məsələlərinin geniş spektrinin, habelə beynəlxalq arenada qarşılıqlı əlaqələrin nəzərdən keçirilməsi gözlənilir. Əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinə yönələcək”, - o vurğulayıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM