Azərbaycan üç erməni təxribatçını azad edib - Prezident İlham Əliyevin növbəti humanist addımı

Azərbaycan üç erməni təxribatçını azad edib - Prezident İlham Əliyevin növbəti humanist addımı

Prezident İlham Əliyevin nümayiş etdirdiyi humanizm siyasətinə uyğun olaraq, Azərbaycan Qarabağ müharibəsindən sonra saxlanılan təxribatçı erməni hərbçilərdən üçünü azad edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, həmin şəxslər Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun müşayiəti ilə Bakıdan Yerevana yola salınıb.

Qeyd olunur ki, azad olunanlar Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyandır.

Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan tərəfinin göstərdiyi humanizm müqabilində Ermənistan bu günədək Qarabağda minalanmış ərazilərin xəritəsini verməyib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM